Pandemiya bu il başa çatacaq

Pandemiya bu il başa çatacaq

Pandemiya bu il başa çatacaq

Rusiyanın virusologiya üzrə professoru, Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin baş elmi işçisi Anatoli Altşteyn COVID-19 pandemiyasının bu il bitəcəyini açıqlayıb.

Polemika.az “Ura.ru”ya istinadən xəbər verir ki, “2022-ci ildə pandemiyaya son qoya bilərik, çünki vaksinlər var, peyvəndləri təkmilləşdirmək, habelə onu istehsal etmək imkanı da mövcuddur. Təkcə Rusiyanı yox, bütün dünyanı nəzərdə tuturam”, - deyə professor qeyd edib.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, V.A.Engelhardt adına Molekulyar Biologiya İnstitutunun hüceyrələrin çoxalması laboratoriyasının rəhbəri Pyotr Çumakov isə hesab edir ki, pandemiyanın insan həyatına təsiri getdikcə azalacaq.

“Düşünürəm ki, çox sürətlə yayılan və ciddi təzahürlərə səbəb olmayan “omikron” ştamının yaranması ilə əlaqədar hər şey səngiyəcək, yeni ştam digərlərini sıxışdıracaq”.

Qeyd edək ki, profilaktik tədbirlərə riayət olunmasa, pandemiya 2023-cü ildə də davam edə bilər.

Pandemiya bu il başa çatacaq