Operativ Qərargah bu qərarını dəyişə bilər 

Operativ Qərargah bu qərarını dəyişə bilər 

Operativ Qərargah bu qərarını dəyişə bilər 

"Hazırda, artıq üstünlük təşkil edən klinik COVİD halları məhz, Omikron ştammının payına düşür".

Bunu Milli.Az-a açıqlamasında həkim mütəxəssis Könül İsmayılova deyib.

O bildirib ki, kritik durum yaranarsa, müvafiq yeni qərarların verilməsi nəzərdən keçirilə bilər:

"Hər gün artan statistikanı həm dünya ölkələri, eyni zamanda ölkəmiz üçün də müşahidə edirik. Təbii ki, bunun qarşısının alınmasında müxtəlif tədbirlər görülür, Amerika CDC nümayəndələri bildiriblər ki, zəifləmiş immuniteti olan şəxslərə revaksinasiya aparılması zəruridir,  aparılan tədqiqatlarda, yaşı 50-dən yuxarı olan şəxslərdə, iki doza vaksinasiyadan sonra letal sonluqdan müdafiə  göstəricisi 50% təşkil edib, buster doza ilə revaksinasiyadan sonra isə bu rəqəm 95 % təşkil edib.

Bununla yanaşı bir sıra dünya dövlətləri də, elmi tədqiqatların nəticələrinə əsasən, revaksinasiya zərurətini ön plana çəkir, eyni zamanda, yoluxma dinamikasını azaltma ilə əlaqədar tədbirlər görülür. Məsələn, Almaniya peyvənd olunmayan almanların Novavax vaksini ilə vaksinasiyasına ümid edir, Finlandiya, fevralın 1-dən məhdudiyyətlərin aradan qaldırılması məsələsini ləğv edir.

Bizim ölkəmizə gəldikdə isə, artan yoluxma sayı izlənilir, lakin, Nazirlər Kabinetinin 30 dekabr, 2021-ci il 419 nömrəli qərarına əsasən, COVİD pasportlarının müddətində dəyişikliklərlə bağlı dəyişiklik olunması qəbul edilib. Lakin, kritik durum yaranarsa, gündəlik yoluxma hallarının monitorinqi, epidemioloji məlumatların təhlili, statistik göstəricilərin nəzərə alınmasına əsasən, mövcud durumla bağlı müvafiq yeni qərarların verilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətləri çərçivəsində bir daha nəzərdən keçirilə bilər".

 

Operativ Qərargah bu qərarını dəyişə bilər