“Hansısa məmurun eqosuna görə niyə ədalətsizlik hökm sürməlidir?”

“Hansısa məmurun eqosuna görə niyə ədalətsizlik hökm sürməlidir?”

“Hansısa məmurun eqosuna görə niyə ədalətsizlik hökm sürməlidir?”

“İlqar İsmayılovun günahı onun hansısa məmura itaətsizlik göstərməsidir. Onu bu şəkildə cəzalandırmaqla göstərmək istəyirlər ki, itaətsizlik göstərməyin cəzası belə olur. Onu şəhərin mərkəzində dar ağacından asın ki, başqalarına da dərs olsun, məmurlara itaətsizlik göstərməsinlər...”

Bizimyol.info xəbər verir ki, bunu “İdeal” mağazalar şəbəkəsinin keçmiş rəhbəri, həbsdə olan iş adamı İlqar İsmayılovun vəkili İlhamə Həsənova yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxışında deyib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin təqsirsiz olduğunu vurğulayıb. Müdafiəçi bildirib ki, aylarla davam edən məhkəmə prosesi də İlqar İsmayılovun təqsirsizliyini, sifarişlə həbs olunduğunu ortaya qoydu.

Vəkilin sözlərinə görə, 1999-cu ildə İlqar İsmayılovun təkbaşına yaratdığı “İdeal”ın 50 faizini 2011-ci ildə AZAL prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyeva alaraq, həmtəsisçi olub. Zaman keçdikcə o, bütün şirkəti İlqar İsmayılovun əlindən alıb: “Hazırda İlqar İsmayılovun anası kirayə qalır. Bir evi var. O ev həm bankda girovdur. Həm də işdə guya dəymiş ziyanın əvəzi kimi, müsadirə məsələsi qoyulub. Cənab prezident bütün dünyaya ədalətin necə bərqərar olmasını öyrətdi. Niyə burada hansısa məmurun eqosuna, istəyinə, sifarişinə görə ədalətsizlik hökm sürməlidir? Kim nə bilir ki, bu gün İlqar İsmayılova atılan şər-böhtan sabah onun övladına, nəvəsinə atılmayacaq? İlqar İsmayılovun imzası olmayan, kserosurət sənədlərlə onu ittiham edirlər ki, guya şirkətdən bu qədər pul götürüb xərcləyib”.

Vəkil xatırladıb ki, İlqar İsmayılovu eyni ittihamla 2017-ci ildə də həbs edib, şirkətdəki qalan payını da əlindən alandan sonra cinayət işinə xitam vermişdilər.

Digər vəkil Rəşad Əliyev də İlqar İsmayılovun təqsirsizliyini vurğulamaqla yanaşı, hakimlərin nəzərinə çatdırıb ki, bu iş üzrə çıxarılacaq hökm insanların Azərbaycanda məhkəmə sistemi və biens mühitinə olan inamına da təsir göstərəcək: “İlqar İsmayılov haqqında bəraət hökmü çıxarılmalıdır, bu birmənalıdır. Bu hökm həm də ölkədəki biznes mühitinə töhfə olacaq. O baxımdan ki, əgər insanlarda azad biznes mühitilə bağlı inam yoxdursa, bərpa olacaq. İnam varsa, daha da möhkəmlənəcək. İnsanlarda məhkəmə sistemində ədalətə inam yaranacaq. Əks halda, olan-qalan ümidlər də yox olacaq. Yəni bu, təkcə İlqar İsmayılovun məsələsi deyil, həm də cəmiyyətin, ölkənin məsələsidir”.

Rəşad Əliyev əlavə edib ki, İlqar İsmayılovun şirkətin xəzinəsindən digər həmtəsisçi Zərifə Həmzəyevadan gizli 680 min manat pul götürüb şəxsi ehtiyaclarına xərcləməsi haqda ittihamda yazılanlar yalandır: “Araşdırmalar göstərdi ki, Zərifə Həmzəyevanın yazılı razılığı olmadan şirkətə, hətta printer də alınmırmış. Belə olan halda, onun xəbəri olmadan 680 min manat pulun götürülməsi mümkün deyildi. Bu ittiham absurd və gülməlidir”.

Prokuror İlqar İsmayılova 8 il həbs cəzası istəyib. Məhkəmə fevralın 7-də digər vəkillərin müdafiə çıxışıyla davam edəcək.

İlqar İsmayılov 2021-ci ilin aprelindən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir, həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir.

Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib.

AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva “Premium Bank”ın da əsas səhmdarı, “Gazelli Group”un da rəhbəridir.

 

“Hansısa məmurun eqosuna görə niyə ədalətsizlik hökm sürməlidir?”