“Elza başındakı xoruzu götürüb qoltuğuma verdi”

“Elza başındakı xoruzu götürüb qoltuğuma verdi”

“Elza başındakı xoruzu götürüb qoltuğuma verdi”

“Elza Seyidcahanın başındakı xoruzla görüntüləri filmdən götürülüb. Filmdə belə bir yer var ki, o, mənimlə nərd oynayır və sonda uduzduğum üçün xoruzu başından götürüb qoltuğuma verir”.

Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. Ə.Mirəliyev Elza Seyidcahanın başındakı xoruzla sosial şəbəkədə görüntülərinin yayılmasına belə münasibət bildirib:

“ATV kanalı belə bir film  çəkir. Çəkiliş qrupuyla Şüvəlanda idik. Orda da belə bir səhnə var idi. Mən Elzayla nərd oynayanda replika atıb deyirəm ki, indi kişilər qalıb, qadınlar kişilərlə nərd oynayır. Əvvəllər kişi-kişiylə nərd oynayardı. Belə bir komik filmdi. Yəqin ki, yaxın günlərdə efirdə yayımlanacaq”.

Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan bu dəfə fərqli görkəmi ilə yenə gündəmə gəlib. Sənətçi bu dəfə içində xoruz olan qəfəsi başına qoydurub. Həmin görüntülər sosial şəbəkələrdə də maraqla qarşılanıb.

“Elza başındakı xoruzu götürüb qoltuğuma verdi”