Nazirin ad günü - 39 yaş

Nazirin ad günü - 39 yaş

Nazirin ad günü - 39 yaş

Bu gün təhsil naziri Emin Əmrullayev üçün özəl gündür, nazir 39 yaşını qeyd edir.

Polemika.az xəbər verir ki, Azərbaycanın sayca 5-ci təhsil naziri olan Emin Əmrullayev 1982-ci il dekabrın 30-da Bakı şəhərində anadan olub. 1999–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) İnzibati İdarəetmə fakültəsində təhsil alıb, 2003-cü ildə bu ali təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirmişdir.

2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr pilləsində təhsil alıb.

2010–2012-ci illərdə “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “Fulbright” proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində İctimai (İnzibati) İdarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb.

E.Əmrullayev 27 iyul 2020-ci ildən bəri təhsil naziri vəzifəsində çalışır.

Nazirin ad günü - 39 yaş