Bakıda köməksiz qalan iki nəfər xilas edildi

Bakıda köməksiz qalan iki nəfər xilas edildi

Bakıda köməksiz qalan iki nəfər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfərin fərdi evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Polemika.az xəbər verir ki, müraciət qəbul edilən kimi FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində giriş qapısının açılması, evdə halsız vəziyyətdə aşkarlanan qadının və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Bakıda köməksiz qalan iki nəfər xilas edildi