"NATO müharibəni dayandırmaq niyyətindədir" - Stoltenberq

"NATO müharibəni dayandırmaq niyyətindədir" - Stoltenberq

"NATO müharibəni dayandırmaq niyyətindədir" - Stoltenberq

"NATO Ukraynada müharibənin daha da genişlənməsini dayandırmaq niyyətindədir".

Polemika.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

O, Berlində kansler Olaf Şolzla birgə mətbuat konfransında qeyd edib:

"NATO bu münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün məsuliyyət daşıyır. Bu, daha da təhlükəli və daha çox əzab, ölüm və dağıntıya səbəb olardı”.

Stoltenberq əlavə edib ki, o, Şolzun ​​Rusiya prezidenti Vladimir Putinlə birbaşa təmaslar da daxil olmaqla, müharibəyə diplomatik həll yolu tapmaq səylərini alqışlayır:

“Bu, prezident Putinin müharibəsidir. O, müharibəni dayandırmalı, qoşunlarını çıxarmalı və vicdanla diplomatiya ilə məşğul olmalıdır”.

"NATO müharibəni dayandırmaq niyyətindədir" - Stoltenberq