Bəşər Əsəd söz verib: Ukraynaya 40 min muzdlu döyüşçü göndərəcək

Bəşər Əsəd söz verib: Ukraynaya 40 min muzdlu döyüşçü göndərəcək

Bəşər Əsəd söz verib: Ukraynaya 40 min muzdlu döyüşçü göndərəcək

Rusiya Ukraynaya qarşı müharibə üçün Suriyada fəal şəkildə muzdlular toplayır.

Polemika.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

Suriyanın Xmeymim aviabazasının komandanlığı hər gün Ukraynaya 300-ə qədər yaraqlı göndərmək barədə fərman verib. Martın 15-də muzdluların ilk dəstəsi Rusiyaya yola düşüb. Kəşfiyyat artıq 150-yə yaxın suriyalının göndərildiyini bildirir.

Kəşfiyyat məlumatlarına görə, silah, hərbi texnika və digər resurslar tezliklə Suriyadan Belarus və Rusiyaya ötürüləcək.

Ümumilikdə Suriya prezidenti Bəşər Əsədin Rusiyanı 40 min muzdlu döyüşçü ilə təmin edəcəyinə söz verdiyi bildirilir.

Bəşər Əsəd söz verib: Ukraynaya 40 min muzdlu döyüşçü göndərəcək