İran turist vizalarına qadağanı ləğv edir

İran turist vizalarına qadağanı ləğv edir

İran turist vizalarına qadağanı ləğv edir

İran Aban ayının əvvəlindən (23 oktyabr-21 noyabr) turist vizası verməyə başlayacaq.

Polemika.az "Mehr News"a istinadla xəbər verir ki, bu barədə İranın turizm naziri İzzətullah Zərqami məlumat yayıb.

O, xarici turistlər üçün 20 aylıq səyahət qadağasının oktyabrın 23-dən sona çatacağını bildirib.

Zərqaminin sözlərinə görə, turizm sənayesini yaxşılaşdırmaq üçün administrasiyanın digər qurumları ilə koordinasiya aparılıb.

Eyni zamanda, nazir pandemiyadan əvvəl də turizm sahəsinin yaxşı vəziyyətdə olmadığını qeyd edib:

"Turizm sahəsindəki problemləri həll etmək üçün iqtisadiyyatın bütün sektorları maneələri aradan qaldıraraq güclərini birləşdirməlidir".

İran turist vizalarına qadağanı ləğv edir