"Normallaşma erməni diasporunu arqumentsiz qoyacaq" - İbrahim Kalın

"Normallaşma erməni diasporunu arqumentsiz qoyacaq" - İbrahim Kalın

"Normallaşma erməni diasporunu arqumentsiz qoyacaq" - İbrahim Kalın

"Ermənistan-Türkiyə prosesi ABŞ-dakı erməni diasporunun arqumentlərini məhv edəcək".

Polemika.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Çikaqoda Türkiyə vətəndaşları ilə görüşündə bildirib, .

Kalının sözlərinə görə, ABŞ-dakı erməni lobbisi Türkiyəyə qarşı əhval-ruhiyyəni öz şəxsiyyətinin bir hissəsinə çevirib.

“Hazırda Qafqazda tamamilə fərqli proses həyata keçirilir və bu diasporun bütün arqumentlərini üzərində qurduğu bünövrə məhv olmaq ərəfəsindədir. Yəni Ermənistan-Türkiyə münaqişəsi və ya Qafqazdakı erməni-türk münaqişəsi sona yaxınlaşır. Qarabağın azad edilməsi və bu bölgənin Azərbaycana reinteqrasiyası ilə tarixdə yeni səhifə açılıb”, - deyə Kalın qeyd edib.

Türk rəsmisinin sözlərinə görə, bu mənada başqa heç kimin gözləntisi yoxdur, Ankara və İrəvan münasibətlərin normallaşması üçün qarşılıqlı addımlar atır. Eyni zamanda, Türkiyə prezidentinin mətbuat katibi qeyd edib ki, normallaşmadan ən böyük faydanı Ermənistan görəcək.

O bildirib: “Türkiyə ilə münasibətlərin normallaşması dənizə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın himayəsində olan Ermənistana həm siyasi, həm də iqtisadi baxımdan böyük töhfə verəcək”.

 

"Normallaşma erməni diasporunu arqumentsiz qoyacaq" - İbrahim Kalın