ABŞ Ukraynaya kamikadze dronlar verəcək

ABŞ Ukraynaya kamikadze dronlar verəcək

ABŞ Ukraynaya kamikadze dronlar verəcək

ABŞ Ukraynanı "Switchblade" pilotsuz təyyarələri ilə təmin edəcək.

Polemika.az CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ telekanlına məsələ ilə tanış olan iki şəxs bildirib.

Döyüş başlığı olan kiçik portativ kamikadze dronlar zərbə zamanı partlayır.

"AeroVironment" dron şirkətinin məlumatına görə, ən kiçik model 6 mil məsafədəki hədəfi vura bilir. Lakin ABŞ-ın Ukraynaya hansı modeli göndərəcəyi hələlik bəlli deyil.

Ukrayna rəsmiləri həftəsonu Konqres tərəfdaşları ilə siyahı layihəsi ilə bağlı məsləhətləşmələrdən sonra Ukraynanın tələb olunan hərbi və texnoloji yardımların geniş siyahısına sualtı pilotsuz təyyarələr əlavə edilib.

Bir gün əvvəl ABŞ prezidenti Co Bayden Ukraynaya 800 milyon məbləğində əlavə hərbi yardım elan edib. Yardım paketinə 800 “Stinger” zenit sistemi, 100 pilotsuz təyyarə, 20 milyondan çox atıcı silah və qumbaraatan və minaatanlar üçün sursat daxildir. Bundan başqa, Ukrayna ordusi 25.000 dəst zirehli, 25.000 dəbilqə, 100 qumbaraatan, 5.000 tüfəng, 1.000 tapança, 400 pulemyot, 400 ov tüfəngi, üstəgəl 2.000 Cirit, 1.000 tank əleyhinə sistemlə təmin olunacaq

ABŞ Ukraynaya kamikadze dronlar verəcək