Bu ölkədə prezidentin səlahiyyətləri əlindən alına bilər

Bu ölkədə prezidentin səlahiyyətləri əlindən alına bilər

Bu ölkədə prezidentin səlahiyyətləri əlindən alına bilər

Çexiya Senatının rəhbərləri və parlamentdəki partiyaların liderləri növbədənkənar iclasda prezident Miloş Zemanın səlahiyyətləri məsələsini müzakirə edəcəklər. 

Polemika.az yerli KİV-nə istinadla xəbər verir ki, oktyabrın 18-də Senat sədri Milo Mistriçil, Praqa Hərbi Xəstəxanasında həkimlərin hesabatına istinad edərək, "Səhhəti ilə əlaqədar olaraq Zemanın səlahiyyətlərindən istifadə etməsi mümkün deyil" ifadəsini işlədib.

Mövcud vəziyyətə görə Çexiya Parlamenti, Prezidentin səlahiyyətlərinin Baş nazirlə Parlamentin Aşağı Palatasının sədri arasında Konstitusiyaya uyğun olaraq bölüşdürülüb-bölülməyəcəyinə qərar verməlidir.

77 yaşlı Miloş Zeman oktyabrın 10-dan etibarən Praqa Hərbi Xəstəxanasının reanimasiya şöbəsindədir. Həkimlər Çexiya prezidentinin diaqnozunu açıqlamırlar. Zemanın xəstəxanaya yerləşdirilməsindən bir gün əvvəl, Çexiyada baş nazir Andrey Babinin partiyasının müxalifət ittifaqı ilə məğlub olması ilə nəticələnən parlament seçkiləri keçirildi. Qanuna görə, prezident parlamentə yeni baş nazirliyə namizəd irəli sürməlidir.

Qeyd edək ki, Rusiya və Çinə simpatiyası ilə tanınan Miloş Zemanın ətrafı, prezidentin siyasi rəqiblərini Zemanı devirmək cəhdində günahlandırır.

Bu ölkədə prezidentin səlahiyyətləri əlindən alına bilər