İsrail müdafiə nazirinin qulluqçusu İran casusu imiş

İsrail müdafiə nazirinin qulluqçusu İran casusu imiş

İsrail müdafiə nazirinin qulluqçusu İran casusu imiş

İsrailin müdafiə naziri Benni Qantsın evində xidmətçilik edən xadimə İran casusu kimi həbs olunub.

Polemika.az "Haaretz"ə istinadla xəbər verir ki, bu barədə İsrailin Ədliyyə Nazirliyi məlumat yayıb.

Xadimə nazirin kompüterinə zərərli proqram yerləşdirmək niyyətində şübhəli bilinir. Onun İranla əlaqəsi olan haker qrupu nəfinə casusluq etdiyi güman olunur.

İllərdir Qantzın evində işləyən 37 yaşlı Omri Qoren Qoroçovskiyə qarşı irəli sürülən iddianamədə oktyabrın 31-də Qantzın evindən "Telegram" vasitəsilə "Black Shadow" ("Qara Kölgə") adlı haker qrupu ilə əlaqə saxladığı və məlumat ötürdüyü qeyd olunur.

Haker qrupu keçən ay İsraildə yerləşən internet provayderini hədəf alan böyük kiberhücumda günahlandırılıb.

İttihamnaməyə görə, Qoroçovski saxta adla özünü İsrail müdafiə nazirinin evində işləyən şəxs kimi təqdim edib. Nazirin kompüterinə zərərli proqram quraşdırmaq üçün ona pul təklif olunub. 

Qoroçovski öz etibarlılığını sübut etmək üçün nazirin evindəki müxtəlif əşyaların, o cümlədən stolların, kompüterlərin, telefonların, planşetlərin fotolarını da qrupa göndərib.

İsrailin Daxili Kəşfiyyat Xidməti "Şin Bet" bildirib ki, məlumatların mühafizəsi protokolu sayəsində xadimə evdə heç bir məxfi məlumatı əldə edə bilməyib.

Qoroçovskinin vəkili Qal Vulf müdafiə etdiyi şəxsin milli təhlükəsizliyə zərər vurmaq niyyətində olmadığını və maddi çətinliklər ucbatından pul əldə etməyi hədəflədiyini iddia edib.

İsrail müdafiə nazirinin qulluqçusu İran casusu imiş