NATO liderləri fövqəladə toplantı keçirəcək

NATO liderləri fövqəladə toplantı keçirəcək

NATO liderləri fövqəladə toplantı keçirəcək

NATO liderləri martın sonunda fövqəladə toplantı keçirməyi düşünür.

Polemika.az xəbər verir ki, bu barədə öz “Twitter” səhifəsində mənbələrə istinadən CNBC teleşirkətinin jurnalisti məlumat yayıb.

“NATO liderləri gələn həftənin sonunda Brüsseldə fövqəladə toplantının keçirilməsi imkanını müzakirə edirlər.

CNBC təmsilçisi bir sıra ABŞ və xarici mənbələrə istinadən bildirib. Onların sözlərinə görə, görüşə ABŞ prezidenti Co Bayden, eləcə də ABŞ administrasiyasının digər yüksək rütbəli nümayəndələri gələ bilər.

O, NATO liderlərinin görüşünün keçirilməsi ilə bağlı yekun qərarın hələ verilmədiyini vurğulayıb.

Bazar ertəsi NBC, Baydenin Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yaxın həftələrdə Avropaya səfər edə biləcəyini bildirib.

Səfər zamanı Ağ Evin sahibi NATO və Aİ-nin rəhbər orqanlarının yerləşdiyi Brüsselə səfər edə bilər. Daha sonra brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, ABŞ hakimiyyəti prezidentin Avropaya səfərinin mümkünlüyü ilə bağlı hələ yekun qərar qəbul etməyib.

Rusiya prezidenti Vladimir Putin fevralın 24-də Donbass respublikalarının rəhbərlərinin müraciətinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldiyini bildirib. Bundan sonra ABŞ, Aİ, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib.

NATO liderləri fövqəladə toplantı keçirəcək