Rusiya açıq səma müqaviləsindən çxdığını bəyan edib

Rusiya açıq səma müqaviləsindən çxdığını bəyan edib

Rusiya açıq səma müqaviləsindən çxdığını bəyan edib

Rusiya Açıq Səma Müqaviləsində (OST) iştirak edən ölkələr qrupundan rəsmən çıxdığını və bununla da dekabrın 18-dən saziş üzrə öhdəliklərinin icrasını dayandırdığını bəyan edib.

Bu barədə Alman Dalğasına (Deutsche Welle) istinadla AzadlıqRadiosunun rus xidməti məlumat yayıb. Xəbərində deyilir ki, Moskva bu qərarı Vaşinqtonun 2020-ci ilin noyabrında sazişdən çıxmasına cavab olaraq sonra verib.

ABŞ-ın 45-ci prezidenti Donald Trampın administrasiyası Rusiyanı müqavilələrə əməl etməməkdə ittiham edib.

Moskva bu iddiaları qəbul etməyərək müqavilənin iflasına görə ABŞ-ı günahlandırıb. Məlumata görə, Rusiya bu müqavilədən çıxacağını hələ bu ilin yayında bəyan edibmiş.

Açıq Səma Müqaviləsi 1992-ci il martın 24-də Helsinkidə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvü olan 27 dövlət tərəfindən imzalanıb.

Bu müqavilə ilə iştirakçı ölkələrə hərbi fəaliyyətlərə nəzarət üçün qısamüddətli bildiriş əsasında bir-birinin əraziləri üzərindən uçuşlar həyata keçirməyə icazə verib.

Rusiya KİV-lərinin yazdığına görə, ABŞ Çeçenistan üzərindən uçuşlara qoyulan məhdudiyyətlərdən, eləcə də Kalininqrad vilayətində uçuşların məhdudlaşdırılmasından narazı qalıb.

Moskva ittihamları qəbul etməyib, əksinə Vaşinqtona qarşı iddialar irəli sürüb ki, bu da digər məsələlərlə yanaşı, Havay adaları üzərindən uçuşlarla bağlı olub.

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo, Rusiyanın Açıq Səma Müqaviləsi çərçivəsində əldə etdiyi məlumatlardan silahlarını ABŞ və NATO üzvü olan Avropa ölkələrinin infrastrukturuna yönəltmək üçün istifadə etdiyini bildirib.

Kreml bu iddiaları da qəbul etməyib. Açıq Səma Müqaviləsi ABŞ-ın tərk etdiyi ikinci hərbi müqavilədir.

2019-cu ildə Vaşinqton Moskvanın qadağan olunmuş silahları inkişaf etdirdiyini əsas gətirərək Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsindən çıxıb. Rusiya bu iddianı da qəbul etməyib və daha sonra həmin müqavilədən çıxdığını açıqlayıb.

Rusiya açıq səma müqaviləsindən çxdığını bəyan edib