"Dağlıq Qarabağ münaqişəsi ərazi məsələsi deyil" - Mirzoyan

"Dağlıq Qarabağ münaqişəsi ərazi məsələsi deyil" - Mirzoyan

"Dağlıq Qarabağ münaqişəsi ərazi məsələsi deyil" - Mirzoyan

“Bizim üçün Dağlıq Qarabağ münaqişəsi ərazi məsələsi deyil, hüquq məsələsidir”.

Polemika.az xəbər verir ki, bu sözləri “Armenpress”ə müsahibəsində Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan deyib.

O, Azərbaycanın Ermənistana təklif etdiyi 5 maddəlik sülh sazişi prinsiplərindən danışarkən deyib:

"Əvvəla, vurğulamaq olar ki, sülh müqaviləsi üzrə hər bir danışıqlar ilkin şərt olmadan aparılmalıdır.

Əsas təkliflərə gəlincə, faktiki olaraq artıq 1991-ci il dekabrın 8-də MDB-nin yaradılması haqqında Sazişi birgə imzalayan iki ölkə artıq bir-birinin ərazi bütövlüyünü tanıyıb və hər birinə qarşı ərazi iddialarının olmadığını qəbul ediblər. 

Təklifdə qeyd olunan məqamlar mövcud problemlərin bütün gündəliyini tam əks etdirmir. “Artsax” ermənilərinin hüquq və azadlıqlarının açıq şəkildə təmin edilməsi və Dağlıq Qarabağın statusunun nəhayət dəqiqləşdirilməsi erməni tərəfi üçün əsasdır. Bizim üçün Dağlıq Qarabağ münaqişəsi ərazi məsələsi deyil, hüquq məsələsidir.

Ermənistan tərəfi qeyd olunan mövqeyə uyğun olaraq Azərbaycanın təklifinə cavab verib”.

Erməni nazir 9 noyabr bəyanatına da istinad gətirib:

“9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyannamələrdə nəzərdə tutulan sazişlər tam şəkildə həyata keçirilməlidir və bu istiqamətdə ardıcıllığımızı davam etdiririk. Biz hətta bu sazişlərin həyata keçirilməsi üçün qoşunların güzgü prinsipi ilə geri çəkilməsi və beynəlxalq monitorinq mexanizminin tətbiqi yolu ilə demarkasiya prosesinin başlanması təklifi kimi kompleks təkliflər vermişik, lakin Azərbaycan tərəfi bunu qəbul etməyib.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi BMT Nizamnaməsi, Beynəlxalq Siyasi-Mülki Paktı və Helsinki Yekun Aktı əsasında sülh müqaviləsi üzrə danışıqların təşkili üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət etdiyini açıqlamışdı”, - deyə Mirzoyan qeyd edib.

"Dağlıq Qarabağ münaqişəsi ərazi məsələsi deyil" - Mirzoyan