"Putin həzz almaq üçün əlindən gələni edəcək" - Conson

"Putin həzz almaq üçün əlindən gələni edəcək"

"Putin həzz almaq üçün əlindən gələni edəcək" - Conson

Böyük Britaniyanın baş naziri Boris Conson deyib ki, Rusiya neftindən və qazından imtina etmək Avropa ölkələri üçün çətin olacaq.

Polemika.az xarici KİV-ə istinadən xəbər verir ki, Boris Consonun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin vəziyyətini yaxşı bilir və Ukraynada müharibəni dayandırmamaqla şantaja davam edir.

“Dünya bu şantaja məruz qalmaqda davam edə bilməz. Nə qədər ki, Qərb Putindən iqtisadi asılıdır, o, bu asılılıqdan həzz almaq üçün əlindən gələni edəcək. Və buna görə də belə asılılığa son qoyulmalıdır”, - Conson deyib.

Britaniyanın baş naziri vurğulayıb ki, ölkəsi ABŞ kimi Rusiya neftinin idxalını qadağan etməyi planlaşdırır.

Onun fikrincə, Rusiyanı beynəlxalq hüquqa hörmət etməyə məcbur etməyin yeganə yolu böyük miqdarda Rusiya karbohidrogenlərinin istehlakını dayandırmaqdır: “Etiraf etməliyik ki, belə bir addım ağrılı olacaq”.

"Putin həzz almaq üçün əlindən gələni edəcək" - Conson