Namiq teleaparıcıları qınadı: "Dəhşətə gəlirəm"

Namiq teleaparıcıları qınadı: "Dəhşətə gəlirəm"

Namiq teleaparıcıları qınadı: "Dəhşətə gəlirəm"

Müğənni Namiq Qaraçuxurlu yerli telekanallardan gileylənib.

Polemika.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Həmin Zaur” proqramında qonaq olan ifaçı teleaparıcıları da qınaq atəşinə tutub:

"Həvəslənmək, efirə çıxmaq istəyirəm. Kanalı açıram, qarşıma elə şey çıxır ki, söndürürəm. Baxıram müğənni oxuyur, elə mövzuda ifa edir ki, biabırçılıqdır. Efirə vermək olmaz.

Gözləyirəm aparıcı irad bildirsin ki, bu nə mahnıdır? Aparıcı qoşulur ona və deyir ki, filankəsdən ismarıc gəldi, nə gözəldir. Dəhşətə gəlirəm. Sözüm böyük çıxmasın, mən kiməm ki, bizim sənətkarlarımız var. Görün, onlar nələr çəkirlər. Düşünürəm ki, belə şeylərə görə onlar efirdən qaçır. Bir tərəfdən də sosial şəbəkə faktoru var. Sosial şəbəkələr olmasaydı, bəlkə də bu qədər naz etməzdik".

Həmin görüntüləri təqdim edirik:

Namiq teleaparıcıları qınadı: "Dəhşətə gəlirəm"