Firuzə İbadova həmkarını qınayanlara səsləndi - Video

Firuzə İbadova həmkarını qınayanlara səsləndi

Firuzə İbadova həmkarını qınayanlara səsləndi - Video

“Cavanşir Məmmədov 26 il mənimlə birgə çiyin-çiyinə işləyib, silahdaşım olub, məni qoruyub…”

Polemika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova həmkarı Cavanşir Məmmədov haqqında deyib.

Son günlər maddi sıxıntıları ilə gündəmə gələn F.İbadova ona dəstək verən C.Məmmədovu qınayanlara cavab verib:

“Cavanşir müəllimi insanlar qınaq obyektinə çevirdilər. Nəyə görə mənimlə Cavanşir müəllimi "vurmaq" istədilər? Onunla mənim qazancım bir ola bilməz. O, sənətkardır, zəhmətkeş insandır. Özü üçün qurub-yaradıb, çox gözəl ailə başçısıdır. İndiyə qədər məni tək qoymayıb, istedadı olan hər bir kəsi qabağa çəkib. Amma mənim ciddiliyimi gördüyü, musiqi savadımı bildiyi üçün 26 il mənimlə birgə çiyin-çiyinə işləyib, silahdaşım olub, məni qoruyub. Mikrofonumu götürüb oxumuşam, sonra əyləşmişəm, çay içmişəm, amma Cavanşir müəllim bütün günü ayaq üstə olub, bəzən 8-12 saat. Onun maddiyatı ilə mənimki bir ola bilərmi? Cavanşir müəllim təşkilatçı olub”.

Həmin görüntüləri təqdim edirik:

 

Firuzə İbadova həmkarını qınayanlara səsləndi - Video