"Bilsəydim, sənətimi atıb ailə qurardım" - Məleykə - Video

"Bilsəydim, sənətimi atıb ailə qurardım" - Məleykə - Video

"Bilsəydim, sənətimi atıb ailə qurardım" - Məleykə - Video

Xalq artisti Məleykə Əsədova efirdə şəxsi həyatından danışıb.

Polemika.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Sözbaz” verilişində qonaq olan sənətçi gözyaşlarına hakim ola bilməyib:

“Səhnəmə, obrazlarıma toxunanda mənə pis təsir edir. Həyatımı səhnəmə qurban verdim. İllər öncə sənətimi atsaydım, imkanlı bir şəxslə ailə qurardım. Qızımı da bu gün çətinliklə yox, asanlıqla böyüdərdim. Həyatımı qurban verdim.

Mənimlə ailə qurmaq istəyən xaricdə yaşayan azərbaycanlı idi. Ailə qurub başqa ölkəyə gedəcəkdim. Amma sevgimdən imtina etdim, başqası ilə ailə qurdum. Ayrıldım, peşman deyiləm. Çünki qızım oldu.

Mən vətənimə bağlı insanam. Sevdiyim insanı səhnəmə qurban verdim. Bilsəydim belə şeylər var, sənətimi qoyub ailə qurardım…”

Həmin görüntüləri təqdim edirik:

 

"Bilsəydim, sənətimi atıb ailə qurardım" - Məleykə - Video