"Məni buraxın, məni Ukraynada Baş komandan gözləyir" - Saakaşvili

"Məni buraxın, məni Ukraynada Baş komandan gözləyir" - Saakaşvili

"Məni buraxın, məni Ukraynada Baş komandan gözləyir" - Saakaşvili

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili vətəndaşı olduğu ölkədə ağır vəziyyəti və davam edən döyüş əməliyyatlarını nəzərə alaraq hakimiyyəti onu Ukraynaya köçürməyə çağırıb.

Polemika.az “Novosti-Georgia”ya istinadla xəbər verir ki, Saakaşvili bu gün Tbilisi Şəhər Məhkəməsində dövlət vəsaitinin mənimsənilməsi işi üzrə keçirilən iclasda müvafiq bəyanatla çıxış edib.

“Bir dəfə Kiyev Gürcüstan hakimiyyətinə müraciət edib. Mən Milli İslahat Şurasının sədriyəm, ofisim birbaşa Zelenskinin ofisi ilə üzbəüzdür. Bu xüsusilə təhlükəli dövrdə məni orada gözləyirlər. Mən Ukraynada, vətəndaşı olduğum ölkədə və Baş Komandanımın yanında olmalıyam. Sizə Saakaşvilini vaxtında buraxın deyən Avropa prezidentlərinə inanmağa cəsarət edin. Bu, biznes və Gürcüstanın gələcək reputasiyası üçün daha yaxşıdır”, - deyə Saakaşvili vurğulayıb.

"Məni buraxın, məni Ukraynada Baş komandan gözləyir" - Saakaşvili