Mədəniyyət Nazirliyi maliyyə pozuntularına görə məsuliyyəti Əbülfəs Qarayevin üzərinə atdı

Mədəniyyət Nazirliyi maliyyə pozuntularına görə məsuliyyəti Əbülfəs Qarayevin üzərinə atdı

Mədəniyyət Nazirliyi maliyyə pozuntularına görə məsuliyyəti Əbülfəs Qarayevin üzərinə atdı

Mədəniyyət Nazirliyində maliyyə yoxlamalarının aparılması və pozuntuların aşkarlanmasına aydınlıq gətirilib.

Nazirlikdən "Yeni Sabah"a bildirilib ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Mədəniyyət Nazirliyində 2021-ci ildə aparılmış yoxlama 1 yanvar 2006-ci il tarixindən 8 may 2020-ci il tarixədək olan dövrü əhatə edir.

"Məlum olduğu kimi, Dövlət Təhlükəzilik Xidməti tərəfindən 2020-ci ilin 8 may tarixində Mədəniyyət Nazirliyində və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətində əməliyyat-istintaq tədbirləri həyata keçirilmiş, Nazirliyin və Xidmətin bəzi vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığında şübhəli şəxs qismində saxlanılıb.

Aparılmış istintaq tədbirləri nəticəsində Mədəniyyət Nazirliyi zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmlərinə əsasən həmin vəzifəli şəxslər azadlıqdan məhrum edilib və onların üzərində həbs qoyulmuş əmlakları dövlət hesabına müsadirə olunub", - nazirlikdən bildirilib.

Qeyd edək ki, həmin dövrdə mədəniyyət naziri Əbülfəs Qarayev olub.

Mədəniyyət Nazirliyi maliyyə pozuntularına görə məsuliyyəti Əbülfəs Qarayevin üzərinə atdı