Aktrisa ilə aparıcı arasında qalmaqal:

Aktrisa ilə aparıcı arasında qalmaqal:

Aktrisa ilə aparıcı arasında qalmaqal:

"Xəzər TV"də yayımlanan və aparıcılığını Xəyalə Quliyevanın etdiyi "Bir gün sizdə, bir gün bizdə" proqramı ətrafında qalmaqal yaşanıb. Aktrisa Cəmilə Tağızadə verilişdə ona qarşı saxtakarlıq edildiyini bildirib.

Polemika.az xəbər verir ki, bu haqda Axşam.az-a açıqlama verən Cəmilə onu aldadıb, pulun ödənilmədiyini və verilən vədlərin yerinə yetirilmədiyini söyləyib:

"Mənim çəkildiyim hissə hələ efirə getməyib. Mənə aktrisa Günay Əhməd təklif etdi, razılaşmadım. Sonra dedi ki, gəl, səni qalib edəcəyik, mükafatı sənə verəcəyik. Mən də razılaşdım və adamları yığdım. O qədər bacarıqsızdılar ki, iştirakçı tapa bilmir, ciblərindən pul çıxsın istəmirlər. Eyni zamanda da reytinq istəyirlər. Çəkiləndən sonra gördüm ki, bunlar başdan ayağa saxtakardır. Veriliş saxtakarlıqla başlayıb, elə də davam etdi. Günə 100-150 manat çəkiliş üçün pul ödənilməli idi. Dedim ki, onu keçirəm, qalib olaram və həmin 200 manat mükafatı verərsiniz. Amma sonra məni uduzdurdular və qalib oğlanı etdilər. Mənim pulumu və digər iştirakçıların ödənişi verilmədi.

Veriliş efirə gedir-getmir məni maraqlandırmır. Komandanı mən yığmışam, hamının pulunu versinlər. Prodakşın adam aldatmaqla məşğuldur. Yemək verilişidir, 50 manatlıq bazarlıq edilir. Deyirlər ki, ondan artıq olursa, öz cibinizdən verin. Niyə? İştirakçılarda masa yaxşı görünsün deyə, ciblərindən pul xərcləyib. Kanaldan pul götürürsən, niyə cibinə qoyursan? Gündəlik çəkiliş pullarını verməyiblər. İstədikləri kimi kimisə qalib edir, kimi uduzdurur".

Cəmilə qeyd edib ki, pullar ödənilməsə, prodakşınla bağlı məhkəməyə müraciət edəcək:

"Əgər mənim haqqım ödənilməsə, məhkəməyə müraciət edəcəm. Məsələni bu həddə gətirmək istəmirdim, amma mənimlə kobud danışdılar. Ona görə də məsələni ictimailəşdirdim. Bundan sonra heç kim o verilişə aldanmasın".

Proqramın aparıcısı Xəyalə Quliyeva məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, Cəmilənin iddiaları yalandır:

"Bizim proqramda gündəlik heç bir iştirakçıya pul ödənilmir. Yalnız edilən bazarlığın haqqı mağazaya verilir ki, bu da edilib. Bizdə pul yalnız qalibə verilir, amma qalib də Cəmilə olmayıb. Niyə ona pul verməliyik? Deyəsən, Cəmilə Türkiyəyə gedib, sonra bura qayıdıb, ona piar lazımdır. Bilmir nə etsin. Heç kimə söz verilmir ki, sən qalib ediləcəksən. Onun yeməklərinə isə layiq olduğundan artıq bal verilib. İştirakçılara pul ödənmir, onların verilişdə olması belə onlar üçün reklamdır".

 

Aktrisa ilə aparıcı arasında qalmaqal: