"Ədəbsizliyi yayan məhz həmin verilişlərdir, onlar yığışdırılmalıdır” - Teleqeybətə etiraz

"Ədəbsizliyi yayan məhz həmin verilişlərdir, onlar yığışdırılmalıdır”

"Ədəbsizliyi yayan məhz həmin verilişlərdir, onlar yığışdırılmalıdır” - Teleqeybətə etiraz

Bu gün Azərbaycanda sosial məzmunlu verilişlər reytinqli olsa da, efirdə müzakirə olunan mövzular çox vaxt narazılıqla qarşılanır. İnsanlar şəxsi həyata aid sirlərin efir vasitəsilə ictimailəşdirilməsinə yaxşı baxmır, bu verilişlərdə sənət adamlarının ekspert kimi çıxış etməsinə etiraz edirlər.

Mövzu ilə bağlı Polemika.az-a danışan şoumen, aparıcı Kamran Həsənli bu tip verilişlərin efirdən yığışdırılmalı olduğunu bildirib:

“Bu gün televiziyalarda gedən verilişlər adət-ənənələrimizə də uyğun deyil. Televiziya əksinə, adət-ənənələrimizi qorumalı, onları təbliğ etməlidir. Ailə məsələsi efirə çıxarılmaz. Ər arvaddan, arvad ərdən şikayətlənməz. Televiziya bu tabuların hamısını dağıtdı. Ədəbsizliyi, tərbiyəsizliyi yayan məhz həmin verilişlərdir, onlar yığışdırılmalıdır”.

K.Həsənli qeyd edib ki, bu cür verilişlərin tamaşaçı kütləsi çox azdır:

“Mən bu tip verilişlərə çox baxılması fikri ilə razı deyiləm. Sosial şəbəkələrdə ola bilər ki, həmin verilişlərin hansısa hissəsini paylaşsınlar, amma bu, onun çox baxılması demək deyil. O verilişlərə yaşlı nənələr baxır. Vaxtilə həmin nənələr o tin-bu tində kiminsə ailəsi, həyat yoldaşı, şəxsi həyatı haqqında qeybət edərdilər. İndi də “qurdlarını” TV qarşısında öldürürlər. Bu verilişlər məhz qeybətcil nənələr üçündür”. 

Əməkdar artist Çingiz Əhmədov özünün də bu verilişlərdə ekspert kimi çıxış etdiyini deyib. Aktyorun sözlərinə görə, məişət məsələlərinin efirdə müzakirəsi doğru deyil:

“Özüm ailə məsələlərinin efirə çıxmasının tərəfdarı deyiləm. Dəfələrlə deyirəm ki, belə söhbətləri efirə çıxarmaq olmaz. TV-yə gələnlərə də deyirəm ki, bu, ailə söhbətidir, öz aranızda həll edin”.

Əsmətxanım

"Ədəbsizliyi yayan məhz həmin verilişlərdir, onlar yığışdırılmalıdır” - Teleqeybətə etiraz