"Dələduz telefona cavab vermir" - Roza Zərgərli

"Dələduz telefona cavab vermir" - Roza Zərgərli

"Dələduz telefona cavab vermir" - Roza Zərgərli

Sosial şəbəkələrdə bir falçının Roza Zərgərlinin hesabına özünü reklam etməsi müğənnini özündən çıxarıb.

Mövzu ilə bağlı Polemika.az-a danışan sənətçi son dövrlərdə dələduzlarla tez-tez rastlaşdığını deyib:

"Son dönəmlərdə bu tip məlumatlar sürətlə yayılır. Bu tiplər oxşar reklamlarda adımızdan gen-bol istifadə edirlər. Məsələn, bəzən mağazalar məhsullarını reklam edirlər, halbuki onları heç tanımırıq. Bu insanları aldatmaq, onları yalana yönəltməkdir. Artıq o qədər bezmişik ki, bir yol qalıb: həmin şəxsləri sosial şəbəkədə ifşa etmək. Bunu səhifəmdə paylaşdım ki, həmin şəxsi məsuliyyətə cəlb etsinlər. İnanıram ki, polis bu dələduzluqla bağlı tədbir görəcək”.

Sənətçi sözügedən reklamı paylaşan “İnstagram” səhifəsi ilə əlaqə yarada bilmədiyini qeyd edib:

“Reklamı paylaşan səhifə ilə əlaqə yarada bilmədik. Heç bir yerdə əlaqə üçün məlumat qoymayıblar. Hesaba yazırıq, cavab vermirlər. Səhifə heç bir halda bizimlə əlaqəyə çıxmır. Həmin falçı xanım əlaqə nömrəsini göndərəcəyini dedi, amma göndərmədi, telefonuna zəng vurduq, telefonu açmadı, daha sonra ümumiyyətlə, söndürdü”.

Əsmətxanım

"Dələduz telefona cavab vermir" - Roza Zərgərli