Müəllim uşağı döyə bilər? - Psixolqodan açıqlama

Müəllim uşağı döyə bilər?

Müəllim uşağı döyə bilər? - Psixolqodan açıqlama

Vaxtilə uşaqlarını məktəbə qoyarkən müəllimə "əti sənin, sümüyü mənim” deyən valideynlər müəllimin övladını döyməsinə razı olsalar da, hətta bunu uşağının tərbiyəsi üçün vacib saysalar da müasir dövrümüzdə bu məsələyə tamamilə fərqli yanaşılır, uşaqların fiziki təsirə məruz qalmaları yolverilməz hesab edilir. 

Ölkəmizdə qəbul olunmuş "Uşaq hüquqları haqqında”, "Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında da uşaqlara qarşı zorakılıq, ayrı-seçkilik, fiziki cəza və s. kimi "tərbiyə vasitələri” yolverilməz sayılır. Onların təzyiqlərə, diskriminasiyaya məruz qalmasının qarşısına sədd çəkilir.

Mövzu ilə bağlı Polemika.az-a danışan psixoloq Vüsalə Rüstəm qeyd edib ki, uşaq tərbiyəsində şiddət əks effekt verir:

“Müəllim uşağı döyməli deyil. Heç bir sivil insan tərbiyəsi şiddətin, əziyyətin, əzabın, təhqirin üzərində qurulmamalıdır. Əziyyət görmüş uşaqlar daha aqressiv, qorxaq, qərarsız və yalan danışan olurlar. İnsan şüurlu varlıqdır və onu danışaraq, başa salaraq, müxtəlif təlim-tərbiyə üsullarından istifadə edərək tərbiyə etmək olar. Təcrübə göstərir ki, uşaqkən döyülən insanlar vaxtilə onu döymüş insanlara nifrət edir, əlinə düşən ilk fürsətdə onlardan qisas alırlar. Daha da pisi odur ki, döyülərək verilən bütün öyüd-nəsihətin hamısına heçə sayaraq kriminal yolu seçirlər. Psixoloji sıxıntı və təzyiq yaxşı heç nə vəd etmir. Alçalmış insan şəxsiyyəti itirilmiş vətəndaşdır. Bütün təlimin-tərbiyyənin önündə insan şəxsiyyəti dayanır. Şəxsiyyəti formalaşdırmaq üçün ancaq sevgi və qayğı, təhsil lazımdır. Zorakılıq, təhqir aqressiya təlim və tərbiyədə cinayətə meylli vətəndaşlar formalaşdırır”.

Əsmətxanım

Müəllim uşağı döyə bilər? - Psixolqodan açıqlama