“İstəyirlər ki, Azərbaycanda daim çaxnaşma olsun”

“İstəyirlər ki, Azərbaycanda daim çaxnaşma olsun”

“İstəyirlər ki, Azərbaycanda daim çaxnaşma olsun”

“Mən tez-tez statuslarda da yazıram ki, bu ümumiyyətlə, postmüharibə dövrünün təzahürləridir, yoxsa nədir? - bilmirəm. İnsanlarda bir-birinə qarşı kin-küdurət həddən artıq çoxalıb”.

Bunu Polemika.az-a Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bildirib.

O, Çingiz Abdullayevin Birinci Qarabağ müharibəsi haqqında söylədiyi fikirlərin sosial şəbəkələrdə niyə bu qədər qınaqla qarşılandığını şərh edib.

“Ümumiyyətlə, bir sözə görə məşhurları qaldırıb yerə çırpmaq adəti var. Çingiz Abdullayevi mən uzun illərdən bəri tanıyıram. Ola bilsin ki, o fikirlərini Azərbaycan dilində düzgün ifadə edə, çatdıra bilməyib. Bəzən olur ki, hansısa fikirlər səsləndirir və bu nədənsə insanlara təəccüblü gəlir”, – deyə Rəşad Məcid qeyd edib.

Yazıçıq vurğulayıb ki, bu məsələdə də, o, Çingiz Abdullayev həmin sözləri xalqın əksəriyyətin anladığı mənada deməyib:

“Elə bil ki məsələni qəsdən şişirdirlər, bəlkə də bu etirazların idarə olunan məqamlar var. Məsələn, trollar söhbəti olur, görürsən, idarə olunan şəkildə kiməsə yönəldilir bu hirs-qəzəb. Üstəlik sosial şəbəkə fenomeni olmaq indi yeni dəbə minib. Bəzi insanların özünütəsdiq istəyi, bəzi insanların aqresiyası, hamısı toplaşıb buraya. Bunu psixoloqlar aydınlaşdırmalıdırlar ki, bu nədir? Mən həmişə insanlara çağırış etmişəm ki, bu cür olmaz, bu cür xorla, məsələnin mahiyyətini bilmədən bir adamın üstünə gedib onu linç etmək düzgün deyil”.

R.Məcidin sözlərinə görə, təəssüf ki, burada kütlə psixologiyası da rol oynayır və kütlə psixologiyasında da məsuliyyət hissi olmur, düşüncə arxa plana keçir:

“Bu mənada sosial şəbəkələrin üstünlükləri ilə bərabər, bu cür məsuliyyətsiz məqamları da var. İndi hər halda mən ümid edirəm ki, zaman özü bunu həll edəcək. Məsələn, bir neçə il bundan qabaq indiki qədər sosial şəbəkələrə inam, etibar və maraq yox idi. İndi insanlar özləri üçün lazım olan məlumatları bəziləri konflikasiya, bəziləri isə informasiya əldə etmək üçün baxır. Amma görünür ki, burada, ancaq özünün kin-küdurətini dağıtmaq, səpələmək istəyən, idarə olunan qüvvələr də var. Bəlkə, elə istəyirlər ki, Azərbaycan cəmiyyətində sakitlik olmasın, daim çaxnaşma, ajiotaj, narazılıq, dəyərli insanları nüfuzdan salmaq və bu kimi, məqamlar olsun. Ciddi və ağıllı adamlarımız belə məsələlərdə həssas olmalıdırlar, kütlənin dediklərinə qarşı öz fikirlərini, arqumentlərini qoymalıdırlar”, – deyə həmsöhbətimiz fikirlərini tamamlayıb.

Rafi Müslümov

“İstəyirlər ki, Azərbaycanda daim çaxnaşma olsun”