Meyit orqanlarının köçürülməsinə başlanılır

Meyit orqanlarının köçürülməsinə başlanılır

Meyit orqanlarının köçürülməsinə başlanılır

“Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxana sovet ittifaqında ilk ixtisaslaşmış uroloji klinikadır. 1971-ci ildə Zaqafqaziyada ilk dəfə bizim klinikada böyrəkköçürmə əməliyyatı həyata keçirilib. Azərbaycanda transplantologiyanın tarixi məhz o tarixdən başlayır”.

Polemika.az xəbər verir ki, bunu Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev bildirib.

Onun sözlərinə görə 1983-cü ilə qədər bu əməliyyatlar aktiv olaraq həyata keçirilib:

“2007-ci ildə bizim klinika yenidən orqan köçürülə bilən mərkəzlər sırasına daxil edilib. 2011-ci ildən pandemiya başlayana qədər 70-ə yaxın xəstəyə böyrək köçürülüb. Hazırda Azərbaycanda 14 orqan transplantasiyası əməliyyatları həyata keçirilməsi ilə bağlı göstəriş verilib”.

F.Babayev qeyd edib ki, Azərbaycanda və bütün dünya praktikasında orqanköçürmə qohum orqanlarından istifadə etməklə köçürülür:

”Sonrakı dönəmdə meyit orqanlarının köçürülməsinə başlanılır. Yeni qanun artıq qüvvəyə minib. Etika komissiyası, sosial hüquqqi baza yaradılıb. Din xadimləri də bu işə cəlb olunub. Yaxın zamanlarda meyitdən orqan köçürülməsinə aktiv şəkildə başlayacağıq”.

 

 

Meyit orqanlarının köçürülməsinə başlanılır