Cəlilabadda şadlıq sarayının sahibi 4000 manat cərimələndi

Cəlilabadda şadlıq sarayının sahibi 4000 manat cərimələndi

Cəlilabadda şadlıq sarayının sahibi 4000 manat cərimələndi

Cəlilabadda karantin qaydalarını pozan şadlıq sarayının sahibi 4000 manat cərimələnib. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Yeni Sabah"a verilən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha bir toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı Cəlilabad rayonunun Əliqasımlı kəndi ərazisində yerləşən “Aytac” şadlıq evində təşkil edilən toy mərasimində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı aşkarlanıb. Həmin şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat cərimə olunub. 

Cəlilabadda şadlıq sarayının sahibi 4000 manat cərimələndi