Qaxda daha iki ailə göbələkdən zəhərləndi

Qaxda daha iki ailə göbələkdən zəhərləndi

Qaxda daha iki ailə göbələkdən zəhərləndi

Qaxda iki ailənin üzvləri göbələkdən zəhərlənib.

Polemika.az APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Ləkit kənd sakinləri olan bir ailənin üzvləri - 1966-cı il təvəllüdlü Məlik Şıxamirov, onun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Pəri Şıxamirova, ailənin gəlini, 1996-cı il təvəllüdlü İlhamə Şıxamirova və onun qızı, 2005-ci il təvəllüdlü Mehri Şıxamirova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Müayinə zamanı Şıxamirovlar ailəsinin göbələk yedikdən sonra zəhərləndiyi məlum olub.

Hazırda Şıxamirovlar ailəsinin müalicəsi xəstəxanada davam edir.

Bundan başqa, Qax şəhər sakinləri olan Eldar Əfəndiyev və onun həyat yoldaşı Səyyarə Məmmədova da göbələk zəhərlənməsi ilə Qax RMX-a müraciət ediblər.

E. Əfəndiyevin vəziyyəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra evə buraxılıb.

Həyat yoldaşı S. Məmmədovanın müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. 

Qaxda daha iki ailə göbələkdən zəhərləndi