"İrana gedirsizsə, "COVID pasportu" olmalıdır" - Səfirlik

"İrana gedirsizsə, "COVID pasportu" olmalıdır" - Səfirlik

"İrana gedirsizsə, "COVID pasportu" olmalıdır" - Səfirlik

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi səfərlərlə bağlı açıqlama yayıb.

Polemika.az xəbər verir ki, açıqlamada pandemiya dövründə İrana səfər etmək istəyənlərə xəbərdartlıq edilib.

"İranda koronovirus epidemiyasının əhəmiyyətli dərəcədə nəzarətdə saxlanılması və qarşısının alınmasından sonra Azərbaycan Respublikası vətəndaşlarının hava və quru sərhədlərindən (Astara, Biləsvar, Culfa və Poldəşt)) giriş-çıxışı həyata keçirilməyə başlayıb", - deyə məlumatda bildirilir. 

Səfirlik nəzərə çatdırıb ki, 12 yaşdan yuxarı Azərbayacan vətəndaşları koronavirus əleyhinə ikinci peyvəndin vurulduğunu təsdiqləyən COVID pasportu təqdim edilməlidir.

"Əgər COVID pasportu yoxdursa, nəticələri nüfuzlu laboratoriyada 96 ​​saatdan az müddətə verilən mənfi PCR test sertifikatı təqdim etməyə məcburdur".

"İrana gedirsizsə, "COVID pasportu" olmalıdır" - Səfirlik