Ata qızına 9 il təcavüz edib - Qandonduran AÇIQLAMA: "Anam sus dedi"

Ata qızına 9 il təcavüz edib - Qandonduran AÇIQLAMA: "Anam sus dedi"

Ata qızına 9 il təcavüz edib - Qandonduran AÇIQLAMA: "Anam sus dedi"

Türkiyənin Manisa əyalətində yaşayan qadın 17 yaşına qədər atası tərəfindən 9 il cinsi istismara məruz qaldığını bildirərək məhkəməyə müraciət edib.

Polemika.az türk mediasına istinadən xəbər verir ki, qadın 8-17 yaşları arasında kilidli otaqda öz atası tərəfindən cinsi istismara məruz qalıb.

Cinsi zorakılığa məruz qaldığını anasına, bibisinə, orta məktəb müəllimlərinə danışsa da heç kim ona inanmayıb. Uşaq olduğundan heç yerə şikayət edə bilməyib. Anasının isə "Bizə o baxır, qarnımızı doyurur. Polisə bu barədə bildirsən, yalan olduğunu deyəcəm. Sus və bu barədə danışma", - deyib.

Qadın 19 yaşı olanda ailə qurub və iki qız övladı dünyaya gətirib. O, 2016-cı ilin mayında atasına qarşı cinayət işi qaldırıb və kişi həbs edilib. Lakin təxminən 6 aydan sonra mühakimə olunmadan sərbəst buraxılıb.

Azadlığa buraxılan ata haqqındakı iddiaların yalan olduğunu bildirib:

“Qızıma təcavüz etməmişəm, amma bir neçə dəfə döymüşəm. Bir dəfə ev telefonunun aylığı çox gəlmişdi deyə döymüşdüm, sevgililəri ilə danışırdı. Daha sonra kartımdan 600 lirəlik makiyaj ləvazimatları almışdı. O vaxt maddi vəziyyətim yaxşı deyildi, ona görə də ona əsəbiləşdim. Qızım mənə şər atır”.

Ata qızına 9 il təcavüz edib - Qandonduran AÇIQLAMA: "Anam sus dedi"