Moldova Azərbaycandan kömək istədi

Moldova Azərbaycandan kömək istədi

Moldova Azərbaycandan kömək istədi

Moldova prezidenti Mayya Sandu ölkədə yaranmış qaz böhranının aradan qaldırılması üçün Azərbaycan, Almaniya, Polşa və Rumıniyadan kömək istəyib.

Polemika.az “Moldpress”ə istinadla xəbər verir ki, Moldova hökuməti oktyabrın 22-si qaz çatışmazlığı ilə əlaqədar noyabrın 20-dək ölkədə fövqəladə vəziyyət elan edib.

Xatırladaq ki, Moldova 2008-ci ildə imzalanmış müqavilə əsasında Rusiyanın "Qazprom" şirkətindən qaz alırdı. Lakin müqavilənin müddəti cari ilin sentyabrın 30-u başa çatıb və "Qazprom" qazın qiymətini qaldırıb.

Həmçinin, yığılmış 700 milyon dollar borcu da Moldova hökumətindən tələb edir.

Rəsmi Kişineu yaranmış vəziyyətlə əlaqəli olaraq alternativ variantlar axtarır.

Moldova Azərbaycandan kömək istədi