“Bəli, bizim vəziyyətimiz acınacaqlıdır, lakin reallıq belədir” - Erməni nazir

“Bəli, bizim vəziyyətimiz acınacaqlıdır, lakin reallıq belədir” - Erməni nazir

“Bəli, bizim vəziyyətimiz acınacaqlıdır, lakin reallıq belədir” - Erməni nazir

Ermənistanın Ərazi idarəçiliyi və infrastruktur naziri Qnel Sanosyan ölkəsinin ağır vəziyyətdə olduğunu inkar etməyib.

Polemika.az xəbər verir ki, bu barədə o, parlamentdə jurnalistlərə açıqlamasında deyib.

“Lakin gerçəklik belədir və biz bu gerçəkliyin içindəyik. Burada mühüm olan bizlərin dinc həyata geri qayıtmağımız, iqtisadiyyatı bərpa etmək, ordunu gücləndirmək və sərhədləri dəqiqləşdirməkdir”,-deyə erməni nazir söyləyib.

Qnel Sanosyana görə, bu səbəbdən “ağrılı” hadisələrdən qorxmaq və qaçmaq lazım deyil.

Ermənistan rəsmisi sərhədlər məsələsi ilə bağlı danışarkən bununla bağlı müxtəlif xəritələrin olduğunu ildirib. O, hansı xəritənin əsas götürləcəyi və buna necə hüquqi statusun veriləcəyi məsələsinə tam aydınlıq gətirməyib.

“Əgər bunlar sovet dövrünün xəritələridirsə, bunlar hüquqi nöqteyi-nəzərdə dəqiqləşdirilməli və bütün tərəflər üçün məqbul sayılmalıdır. Yalnız belə olan halda onlar sərhədlərin müəyyənləşdiriməsində əsasa çevrilə bilər”,-deyə o qeyd edib./Musavat.com

“Bəli, bizim vəziyyətimiz acınacaqlıdır, lakin reallıq belədir” - Erməni nazir