"Legiya"nın baş məşqçisindən Mahirlə bağlı yeni açıqlama

"Legiya"nın baş məşqçisindən Mahirlə bağlı yeni açıqlama

"Legiya"nın baş məşqçisindən Mahirlə bağlı yeni açıqlama

"Legiya"nın baş məşqçisi Aleksandr Vukoviç futbolçusu Mahir Emreli haqda növbəti açıqlama verib.

Polemika.az Polşa mətbuatına istinadən xəbər verir ki, millimizin üzvü ilə qısa, amma pozitiv görüşünü xatırladan mütəxəssis onun komandada qalıb-qalmayacağının dəqiqləşmədiyini deyib:  "Emreli təlim-məşq toplanışında mütləq bizimlə olacaq. Ümid edirəm ki, hazırlıq prosesindən sonra da komandada qalacaq. Çünki o, bizim üçün dəyərli futbolçudur".

Xatırladaq ki, "Legiya" fanatları Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır. Mahirin "Legiya"dan ayrılacağı haqda xəbərlər yayılıb.

"Legiya"nın baş məşqçisindən Mahirlə bağlı yeni açıqlama