Paşinyanın təhlükəsizliyinə cavabdeh olan general evində ölü tapıldı

Paşinyanın təhlükəsizliyinə cavabdeh olan general evində ölü tapıldı

Paşinyanın təhlükəsizliyinə cavabdeh olan general evində ölü tapıldı

İrəvanda, öz mənzilində, yeni ilin ilk günü Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qriqori Ayrapetov dünyasını dəyişib. Bu barədə Ermənistanın "Shamshyan.com" saytı məlumat yayıb.

Qeyd olunur ki, 1991-2018-ci illərdə Ayrapetov Ermənistan liderlərinin: üç prezidentin və hazırkı baş nazir Nikol Paşinyanın təhlükəsizliyinə cavabdeh olub. O, 2019-cu ilin oktyabrında tutduğu vəzifədən azad edilib.

Polemika.az xatırladır ki, general Qriqori Ayrapetov 2018-ci ilin sentyabrında Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla eyni liftdə olub.

Xatırladaq ki, 2018-ci ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyev Düşənbədə MDB sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. (virtualaz.org)

Paşinyanın təhlükəsizliyinə cavabdeh olan general evində ölü tapıldı