Çempionlar Liqasında 1/8 finalın bütün iştirakçıları bəlli oldu
Çempionlar Liqasında 1/8 finalın bütün iştirakçıları bəlli oldu
UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.
Polemika.az xəbər verir ki, F qrupunun son matçında "Atalanta" İtaliyada "Vilyarreal"ı qəbul edib.
Dünən güclü qar səbəbində təxirə salınan matç qonaqların 3:2 hesablı qələbəsi ilə bitib. Qələbə sayəsində xallarını 10-a çatdıran La Liqa təmsilçisi qrup ikincisi kimi 1/8 finala vəsiqə qazanıb. "Atalanta" isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.
F qrupu
22:00. "Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 2:3
Qollar: Malinovski, 71, Sapata, 80 – Danjuma, 3, 51, Kapue, 42