Türkiyə darmadağınla ikinci pilləyə yüksəldi

Türkiyə darmadağınla ikinci pilləyə yüksəldi

Türkiyə darmadağınla ikinci pilləyə yüksəldi

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində IX tur davam edir.

Polemika.az xəbər verir ki, G qrupunda günün ilk iki matçı baş tutub.

Türkiyə yığması öz meydanında Cəbəllütariqlə qarşılaşıb. “Ay-ulduzlular” autsayderlə görüşdə darmadağınla qələbə qazanıb - 6:0.

Bu qələbədən sonra Türkiyə yığması xal hesabını 18-ə çatdırıb. Norveçin evdə Latviya ilə qolsuz heç-heçə etməsi “ay-ulduzlular”ın ikinci sıraya yüksəlməsi üçün yetərli olub. Şimallıları top fərqində keçən Ştefan Kuntsun yetirmələri Niderlanddan bir xal geri qalır.

 

Türkiyə darmadağınla ikinci pilləyə yüksəldi