Latviya da "Bayraktar"a müştəri düşdü

Latviya da "Bayraktar"a müştəri düşdü

Latviya da "Bayraktar"a müştəri düşdü

"Türkiyə "Bayraktar TB2"-ni bir neçə ay ərzində ölkədə yerləşdirsə, Latviya çox şad olardı".

Yenisabaha.az “Yeni Şafak”a istinadla xəbər verir ki, bunu Antalya Diplomatik Forumunda Latviyanın müdafiə naziri Artis Pabriks deyib.

Latviyanın "Bayraktar TB2" pilotsuz təyyarələrini almağı planlaşdırıb-almaması barədə danışarkən, o, hələlik müqavilənin imzalanmadığını qeyd edib:

“Türkiyədə istehsal olunan bir çox sənaye məhsulları ilə maraqlanırıq. "Bayraktar TB2"-ni öz səmamızda sınaqdan keçirmək istəyirik... Türkiyə bir neçə ayda "Bayraktar"ı Latviyada yerləşdirsə, çox şad olarıq. Türkiyə onları üç-altı aya bizim hava bazalarımızda yerləşdirsə, biz onlardan həm sınaq, həm də müşahidə missiyaları üçün istifadə edə bilərik. Bu çox vacibdir. Bu, yaxşı dəstək olardı”.

Latviya da "Bayraktar"a müştəri düşdü