"Fəxr edirəm ki, ukraynalıyam" - Andriey Şevçenko

"Fəxr edirəm ki, ukraynalıyam" - Andriey Şevçenko

"Fəxr edirəm ki, ukraynalıyam" - Andriey Şevçenko

Ukrayna millisinin sabiq futbolçusu və baş məşqçisi Andriey Şevçenko Londonda - Dauninq-Stritdə keçirilən Ukraynaya dəstək yürüşünə qatılıb və orada çıxış edib.

Polemika.az xəbər verir ki, 45 yaşlı mütəxəss insanlardan birlik olmalarını xahiş edib:

"Mən Ukraynada doğulmuşam. Fəxr edirəm ki, ukraynalıyam. Bu çətin anda daha da qürur duyuram. Bu gün ölkəmizi müdafiə edən, azadlığımızı qoruyan ordumuza, prezidentimizə və xalqımıza minnətdaram. Xahiş edirəm, birlik olaq. Biz həmişə bir yerdə olmalıyıq. Çünki ölkəmiz, xalqımız üçün mübarizə aparmalıyıq. Eşq olsun Ukraynaya! Mən sizinləyəm”.

Qeyd edək ki, fevralın 24-də Rusiya və Ukrayna arasında müharibə başlayıb. 

 

"Fəxr edirəm ki, ukraynalıyam" - Andriey Şevçenko