COVID-ə yoluxmuş məşqçi: "7 kq arıqladım"

COVID-ə yoluxmuş məşqçi: "7 kq arıqladım"

COVID-ə yoluxmuş məşqçi: "7 kq arıqladım"

"Koronavirusa yoluxmaq mənim üçün ağır idi".

Polemika.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Vikonos Radio/Tv"yə açıqlamasında deyib.

66 yaşlı italiyalı mütəxəssis peyvəndlərin ona çox köməklik etdiyini bildirib: "Azərbaycanda koronavirusla bağlı vəziyyət yaxşıdır. Xoşbəxtlikdən xəstəxanaya yerləşdirilməyə ehtiyacım olmadı. Çox diqqətli olmalı və koronavirusu ciddi yanaşmalısınız. İkitərəfli pnevmoniyaya görə 7 kq arıqladım. Sevinirəm ki, fiziki cəhətdən güclüyəm".

Xatırladaq ki, AFFA dekabrın 2-də Canni De Byazinin müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb.

COVID-ə yoluxmuş məşqçi: "7 kq arıqladım"