Okan Buruk Azərbaycan millisinin baş məşqçisi olacaq? - Özü danışdı

Okan Buruk Azərbaycan millisinin baş məşqçisi olacaq?

Okan Buruk Azərbaycan millisinin baş məşqçisi olacaq? - Özü danışdı

Okan Buruk Azərbaycan millisinin baş məşqçisi postuna keçmək təklifi almayıb.

Polemika.az xəbər verir ki, bu barədə apasport.az saytına açıqlamasında türkiyəli mütəxəssis özü məlumat verib.

Canni de Byazi ilə yollarını ayırmağa hazırlaşan AFFA onu türkiyəli mütəxəssislərdən biri ilə əvəzləməyi planlaşdırır. Ən real namizəd kimi məhz Okan Burukun adı hallanır. Hətta Türkiyə mətbuatında onunla assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovun görüşdüyü, müqavilə detallarını müzakirə etdiyi də vurğulanıb.

Lakin 48 yaşlı çalışdırıcı əməkdaşımıza açıqlamasında bu xəbərləri təkzib edib. Buruk heç kimlə görüşmədiyini söyləyib: “Mətbuatda hər şey yazıla bilər. Ancaq fakt odur ki, AFFA-dan mənimlə heç kim əlaqə saxlamayıb və bununla bağlı heç kimlə görüşüm olmayıb. Yəni danışıq apardığımız, müqavilə detallarını müzakirə etdiyimiz kimi məlumatlar həqiqətə uyğun deyil”.

Qeyd edək ki, hazırda işsiz olan Okan Buruk məşqçilik karyerasında “Akhisar”a Türkiyə kubokunu (2017/18), “Başakşəhər”ə isə Super Liqa çempionluğunu (2019/20) qazandırıb.

Okan Buruk Azərbaycan millisinin baş məşqçisi olacaq? - Özü danışdı