"Ronaldinyoya "Qarabağ"ın formasını hədiyyə etdim"

"Ronaldinyoya "Qarabağ"ın formasını hədiyyə etdim"

"Ronaldinyoya "Qarabağ"ın formasını hədiyyə etdim"

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo əfsanəvi braziliyalı Ronaldinyo ilə bağlı xatirələrini bölüşüb.

Polemika.az xəbər verir ki, o, özünün İnstaqram səhifəsində həmyerlisi ilə şəklini paylaşaraq yazıb:

"Ronaldinyo ilə Bakıdakı görüşümü yaxşı xatırlayıram. Onunla bu şəkli də o vaxt çəkmişdim. Ronaldinyo ilə söhbət etdik. Amma nə haqda danışdığımız indi yadımda deyil. O zaman ona "Qarabağ"ın formasını hədiyyə etdim. Maraqlı görüş oldu".

Xatırladaq ki, Ronaldinyo "Qəbələ" Futbol Klubunun dəvəti ilə 2016-cı ildə Bakıda olub. 

"Ronaldinyoya "Qarabağ"ın formasını hədiyyə etdim"