Azərbaycanda futbol həyəcanı: "Qarabağ" "Kayrat"a qarşı 

Azərbaycanda futbol həyəcanı: "Qarabağ" "Kayrat"a qarşı 

Azərbaycanda futbol həyəcanı: "Qarabağ" "Kayrat"a qarşı 

"Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununu keçirəcək.

Polemika.az xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin 3-cü turunda Qazaxıstan "Kayrat"ını qəbul edəcək.

Dörd xalla qrup lideri olan Qurban Qurbanovun komandası qələbə əzmindədir. 

Qrupun digər oyununda “Omoniya” “Bazel”in qonağı olacaq.

Qeyd edək ki, “Qarabağ” 4-cü turda da “Kayrat”la qarşılaşacaq. Görüş noyabrın 4-də Qazaxıstanda olacaq.

21 oktyabr

Konfrans Liqası

H qrupu, 3-cü tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Kayrat” (Qazaxıstan)

Baş hakim: Yevgeni Aranovski (Ukrayna)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

23:00. "Bazel" (İsveçrə) - "Omoniya" (Kipr)

Azərbaycanda futbol həyəcanı: "Qarabağ" "Kayrat"a qarşı