“Mahir komandanın göstərdiyi oyunun qurbanıdır” - Jezniçak

“Mahir komandanın göstərdiyi oyunun qurbanıdır” - Jezniçak

“Mahir komandanın göstərdiyi oyunun qurbanıdır” - Jezniçak

"Mənə elə gəlir ki, Mahir "Legiya"nın bu mövsüm göstərdiyi oyunun qurbanıdır. Mixneviçin istefaya göndərilməsindən sonra klubdakı alkoqol qalmaqalı Emreliyə böyük təsir edib".

Yenisabahl.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak "Weszlo" nəşrinə açıqlamasında deyib.

Hazırda Polşanın "Visla" klubunda çıxış edən müdafiəçi millimizin hücumçusu Mahir Emrelinin "Legiya"dakı durumundan danışıb. O, keçmiş komanda yoldaşı haqda yayılan spirtli içki qalmaqalı haqda da fikirlərini bildirib və Mahirin belə bir insan olmadığını qeyd edib:

“Onunla bu barədə danışdım. Həmin hadisədən çox təsirləndi. Xəbəri eşidən kimi əmin oldum ki, Mahir həmin qrupda olmayıb. Azərbaycanda mədəniyyətin necə olduğunu bilirəm. Futbolçular tez-tez əyləncə məkanlarını gəzirlər. Amma bu o demək deyil ki, içki içirlər”.

Jezniçak  vaxtilə özü haqda da oxşar söz-söhbətlərin yayıldığını xatırladıb: “O vaxtlar bu məsələləri çox qabartmırdılar. Çünki nəticələr yaxşı idi. Oxşar təcrübələrim olub. Bu üzdən də Emreliyə məsləhət verməyə, onu ruhlandırmağa çalışıram ki, tənqidlər oyununa əks olunmasın. Ən çətin anlarda belə, performansımı təhlil edirdim. Əksər matçları yaxşı keçirirdim. Amma qol buraxmağımızla nəticələnən bir səhv etdim. Bu vəziyyət hücumçunun qol vura bilməməsi ilə bənzərdir. Dərhal qiymətləndirmə kəskin sərtləşir".

Qeyd edək ki, Yakub Jezniçak 2004-2017-ci ildə "Legiya"da, 2017-2019-cu illərdə isə “Qarabağ”da çıxış edib.

“Mahir komandanın göstərdiyi oyunun qurbanıdır” - Jezniçak