CAS Nurlan İbrahimovun şikayəti üzrə qərarın tarixini yenidən təxirə saldı

CAS Nurlan İbrahimovun şikayəti üzrə qərarın tarixini yenidən təxirə saldı

CAS Nurlan İbrahimovun şikayəti üzrə qərarın tarixini yenidən təxirə saldı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-dan şikayəti ilə bağlı qərarını yenidən təxirə salıb.

Polemika.az xəbər verir ki, bu barədə N.İbrahimovun özü sosial şəbəkə hesabında yazıb. O, CAS-ın müraciət üzrə cavabı yanvarın 27-dək martın 22-dək uzatdığını bildirib.

Sabiq mətbuat katibi beynəlxalq qurumun hüquqi deyil, siyasi xarakterli addım atdığını bildirib:

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin bu, 27 yanvaradək təxirə salınıb.

CAS Nurlan İbrahimovun şikayəti üzrə qərarın tarixini yenidən təxirə saldı