“Kəpəz”in rəqibləri məlum oldu

“Kəpəz”in rəqibləri məlum oldu

“Kəpəz”in rəqibləri məlum oldu

Qış fasiləsində yoxlama oyunları keçirəcək “Kəpəz”in ilk iki rəqibi müəyyənləşib.

Polemika.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi yanvarın 22-də “Turan Tovuz” ilə qarşılaşacaq. Matç Gəncədə keçiriləcək və saat 14:00-da başlayacaq.

“Sarı-göylər” digər yoxlama görüşündə isə Bakıda “Səbail-2” ilə qarşılaşacaq. Bu matç yanvarın 28-nə təyin olunub.

Qeyd edək ki, “Kəpəz” 1-ci divizionda 3-cü sıradadır.

“Kəpəz”in rəqibləri məlum oldu