Oğlu Pərvizi "Survivor"a gözyaşlarıyla yola saldı - Video

Oğlu Pərvizi "Survivor"a gözyaşlarıyla yola saldı

Oğlu Pərvizi "Survivor"a gözyaşlarıyla yola saldı - Video

Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev "TV8" telekanalında ötən gün start götürən "Survivor All Star" yarışmasında iştirak etmək üçün Dominikan adasına yollanıb.

Polemika.az Axşam.az-a istinadla xəbər verir ki, Pərvizin oğlu ilə vidalaşdığı anı İnstaqramda paylaşıb. Görüntülərdə idmançının övladının ağlaması izləyicilərin kövrəlməsinə səbəb olub.

Qeyd edək ki, sonuncu dəfə 2020-ci ildə "Survivor"da iştirak edən Abdullayev oyuna daha sonra daxil olacaq. Onun hansı komandada yer alacağı isə hələlik bəlli deyil. 

Oğlu Pərvizi "Survivor"a gözyaşlarıyla yola saldı - Video