Kremldən üçtərəfli görüşlə bağlı açıqlama

Kremldən üçtərəfli görüşlə bağlı açıqlama

Kremldən üçtərəfli görüşlə bağlı açıqlama

"Rusiya prezidenti Vladimir Putin, Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında videokonfrans (VCS) üzrə danışıqların hazırlanması üzərində iş gedir, lakin dəqiq tarix hələ müəyyən edilməyib".

Polemika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Bazar ertəsi günü jurnalistlərə açıqlamasında Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Mən Putin, Əliyev və Paşinyanın videokonfransının mövzusunu izah edəcəyəm. Doğrudan da, biz təsdiq edirik ki, belə bir görüşə hazırlıq istiqamətində iş gedir. Ancaq burada qeyd etmək istəyirik ki, belə bir videokonfransın nə vaxt keçirilə biləcəyi ilə bağlı dəqiq razılaşmalar və anlaşma yoxdur. Bu iş davam edir”, - deyə Peskov bildirib.

Kremldən üçtərəfli görüşlə bağlı açıqlama