İspan oyunçu 89 yaşında vəfat etdi

İspan oyunçu 89 yaşında vəfat etdi

İspan oyunçu 89 yaşında vəfat etdi

"Real"ın əfsanəvi futbolçusu Fransisko Gento vəfat edib.

Polemika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Gento 1953-1971-ci illərdə Madrid təmsilçisində çıxış edib. O, komandanın heyətində 600 oyun keçirib və 182 qol vurub. Gento dünyada yeganə futbolçudur ki, 6 dəfə Avrokubok qazanıb.

O, həmçinin “Real” ilə 12 dəfə İspaniya çempionatının qalibi olub, 2 dəfə İspaniya kubokunu qazanıb. Gento 1960-cı ildə Qitələrarası Kubokun qalibi olub.

Ümumilikdə, Gento "Real"da 23 kubok qazanıb ki, bu da klub rekordudur. 

İspan oyunçu 89 yaşında vəfat etdi